Rusiya Müdafiə Nazirliyi bildirir ki, rus əsgərləri Ukraynanın Xerson vilayətindəki hərbi bazaya girib.
Açıqlamaya görə, rus əsgərləri Xerson vilayətinin Radensk kəndi yaxınlığındakı Ukrayna hərbi bazasına nəzarəti ələ keçirib.
“Ukrayna əsgərləri hərbi-texniki maşın və silahları bazada tərk edərək tez bir zamanda mövqelərini tərk ediblər”, - məlumatda deyilir.
Bildirilib ki, ələ keçirilən Ukrayna hərbi bazasında “T-64” və “T-80” model tanklar da var.
TAHİR