Azov dənizinin sahilində, Mariupolda atəşkəs elan edilməsinə baxmayaraq hələ də atəş səsləri eşidilir.
Mariupol merinin müavini BBC-yə deyib ki, ruslar mülki əhalinin keçdiyi təxliyyə marşrutunu artilleriya atəşinə tutub.
Merin müavini Serhiy Orlov deyib ki, ruslar bizi bombalamaqda və artilleriyadan istifadə etməkdə davam edir: “Bu, ağılsızlıqdır. Mariupolda atəşkəs yoxdur, qaçış yolları yoxdur. Mülki əhali müharibədən qaçmağa hazırdır, lakin artilleriya atəşi altında şəhəri tərk edə bilmirlər".
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynanın Mariupol və Volnovaxa şəhərlərindən humanitar yardımın çatdırılması üçün Rusiya qüvvələrinin hücumu müvəqqəti dayandırdığını açıqlamışdı.
Mariupol şəhər şurası isə dinc əhalinin təxliyəsinə başlanacağını bildirmişdi.
Ancaq qısa müddət sonra bölgədə yenidən atəş səsləri eşidilməyə başlanıb.
TAHİR