Ukrayna prezidenti Zelenski NATO-nun Ukraynanın hava məkanını bağlamamaq qərarına sərt reaksiya verib və alyansın bu qərar şüurlu şəkildə verdiyini deyib.
"NATO kəşfiyyatı düşmənin planlarını çox yaxşı bilir. Rusiyanın hücumu davam etdirmək istədiyini də təsdiqlədilər. Bu necə mümkündür? 9 gündür şiddətli müharibə görürük, şəhərlərimiz dağıdılıb, xalqımız, uşaqlar, məhəllələr, kilsələr, məktəblər bombalanır. Normal insan həyatını təmin edən hər şeyi məhv edirlər və bunu etməyə də davam edirlər. Yeni hücumların və itkilərin qaçılmaz olduğunu bilən NATO şüurlu şəkildə Ukraynanın hava məkanını bağlamamaq qərar verdi” – Zelenski deyib.
Ukraynadakı mülki itkilərə görə bu gündən etibarən NATO-nun da məsuliyyət daşıdığını deyən prezident Zelenski bildirib: "Bu gündən etibarən ölənlərin hamısı sizin üzünüzdən öləcək. Zəifliyiniz üzündən, ayrı-seçkilik üzündən. İtifaqın bu gün edə biləcəyi tək şey Ukraynaya 50 ton dizel yanacağı tədarük etməkdir. Biz yəqin ki, Budapeşt memorandumunu yandırmalıyıq ki, o, daha yaxşı yansın”.
Zelenski Kiyevi tək etdiyi barədə xəbərlərə də reaksiya verib: "Mən Kiyevdəyəm, işləyirəm. Heç kim heç yerdən qaçmayıb".
TAHİR