İtaliya Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbilə Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalar çərçivəsində Rusiyanın ən zəngin iş adamlarından biri olan Aleksey Mordaşova məxsus 65 milyon avro dəyərində lüks yaxtaya əl qoyub.
İtaliya mətbuatı yazır ki, 65 milyon avroluq lüks "Lady M" yaxtasına İtaliya maliyyə polisi tərəfindən əl qoyulub.
2021-ci ilin sonuna kimi şəxsi sərvətinin təxminən 23 milyard dollar olduğu təxmin edilən Mordaşov Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.
İtaliyanın Baş Nazirliyindəki mənbələr də Mordaşovun yaxtasına maliyyə polisi tərəfindən əl qoyulması xəbərini təsdiqləyib.
Bu arada, İtaliyanın xarici işlər naziri Luici Di Maio İtaliyanın rus oliqarxlarına aid təxminən 140 milyon avroluq mülkə əl qoymağa hazırlaşdığını deyib.
TAHİR