Rusiya tankları Ukraynada Zaporojye nüvə stansiyasının yanındakı qəsəbəyə daxil olub. Bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri bildirib.
Ukrayna rəsmisi bəyan edib ki, Rusiya qüvvələri Avropanın ən böyük atom elektrik stansiyasının yaxınlığındakı qəsəbədə atəş açıblar.
Bunda əvvəl Zaporojye bölgəsindəki Enerqodar şəhərinin meri Dmitro Orlov şəhərin hücuma məruz qaldığını və 100 maşından ibarət Rusiya hərbi karvanının şəhərə yaxınlaşdığını açıqlayıb. "Düşmənin 100 maşınlıq karvanı yaxınlaşır. Küçələri tərk edin, pəncərələrdən uzaq durun. Şəhərin girişində toqquşmalar gedir. Dostlarımız düşmənin irəliləməsinin qarşısını almaq üçün əllərindən gələni edirlər. İlkin məlumatlara görə, mülki binalara ziyan dəyib. İşğalçılar dinc sakinlərə hücum edirlər. Ölən və yaralananlar dəqiqləşdirilir”, - Orlov bildirib.
Qeyd edək ki, Eneqodarda sakinləri rus ordusunun şəhərə girməsinin və şəhərdəki AES-i ələ keçirməsinin qarşısını almaq üçün yollarda barrikadalar qurmuşdu.
TAHİR