Fransa prezidenti Makronun Rusiya prezidenti Putinlə 90 dəqiqəlik telefon danışığı olub. Görüşdə Rusiyanın Ukraynaya hücumu müzakirə olunub.
Makronun görüşdən sonra verdiyi açıqlamada Putinin sülh təklifini rədd etdiyini açıqlayıb. Makron qeyd edib ki, Rusiya prezidenti Putin “indiki mərhələdə Ukraynaya qarşı hücumları dayandırmaqdan imtina edir”.
Makron bəyan edib ki, Rusiya qüvvələri bütün Ukraynanı işğal edənə qədər dayanmayacaq. "Ukrayna daha ağır günlər yaşayacaq" deyə Makron bildirib.
Görüş zamanı Putin Makrona Rusiyanın əməliyyatının bütün şərtlər daxilində uğur qazanacağını deyib.
Rusiya prezidenti Putin isə canlı yayımda əməliyyatların davam etdiyini bildirib.
“Xüsusi hərbi əməliyyat planlaşdırdığımız kimi davam edir. Qarşıya qoyduğumuz bütün hədəflərə çatırıq” – Putin deyib.
TAHİR