Sergey Lavrov Ukrayna ətrafında yaranmış vəziyyət barədə danışıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiya XİN rəhbəri Ukrayna böhranının həllinin tapılacağını, Rusiya minimal tələblər irəli sürdüyünü bildirib.
Lavrov qeyd edib ki, Rusiya və Ukrayna nümayəndələrinin danışıqları bu gün baş tutacaq: "Ukrayna ərazisindən Rusiyaya qarşı bir başa hücum təhdidinin olmasına Moskva imkan verə bilməz. Heç şübhəsiz ki, Ukrayna tərəfi danışıqlar zamanı ABŞ-dan siqnallar alırlar. Qərb hər vəchlə Rusiyanın təhlükəsizlik quruculuğuna dair təkliflərinə cavabdan boyun qaçırır. Rusiya yalnız hər iki tərəfin maraqlarını nəzərə almaqla Qərblə danışıqlar aparmağa hazırdır. Nüvə müharibəsi barədə söhbətlər gedir, amma bunu Rusiya deyil ABŞ və Ukrayna edir. Rusiyaya qarşı müharibə planları hazırlanır".