ABŞ Ədliyyə Nazirliyi Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiya hökumətinə və rus oliqarxlara qarşı sanksiyaları həyata keçirmək məqsədilə oliqarxların yaxtalarını, təyyarələrini, daşınmaz əmlaklarını və digər aktivlərini hədəf alan xüsusi bölmə yaradıb.
Bu barədə açılama verən ABŞ Baş prokuroru Merrik Qarland "KleptoCapture" adlı yeni xüsusi bölmə qurduqlarını açıqlayıb.
Qarland bildirib ki, işçi qrupa prokurorlar, federal agentlər, çirkli pulların yuyulması üzrə ekspertlər, vergi ekspertləri, Federal Təhqiqatlar Bürosu (FTB), ABŞ Vergi Administrasiyası (IRS) kimi agentliklərin ekspertləri daxil olacaq .
"Rusiya hökumətinə bu ədalətsiz müharibəni aparmağa şərait yaradan şəxslərin araşdırılması, tutulması və mühakimə olunması hər şeyi edəcəyik. Qanunlarımızı pozsarsınız, bunu hesabı da sizdən sorular ".
Sözügedən əməliyyat qrupunun məqsədi Kremlə yaxın rus oliqarxlarının yaxtalarına, təyyarələrinə, daşınmaz əmlaklarına və digər aktivlərinə əl qoymaqdır.
TAHİR