Rusiyanın Ukraynaya hücumlarının ən mühüm hədəfi olan paytaxt Kiyevə hücumlar artmaqda davam edir.
Rusiya Kiyevə son hücumunda kiyevlilər üçün həyati əhəmiyyət kəsb edən istilik xətlərini vurub. Bildirilib ki, Kiyevin qərbində qatar stansiyası yaxınlığında yerləşən mərkəzi istilik sistemi raketlə vurulub və Kiyevin bir çox məhəllələrini istilik təmin edilməsi dayanıb.
Ukrayna Dəmir Yolu Şirkəti, Rusiyanın Kiyev vağzalının yaxınlığındakı hücumuna görə minlərlə insanın bölgədən təxliyə edildiyini açıqlayıb.
Ukrayna ordusu isə paytaxt Kiyevə doğru irəliləyən Rusiya ordusunu dayandırmaq üçün yol və körpülərdə tədbir görür. Xüsusən də Kiyevə birləşdirən körpülər partladılaraq yararsız vəziyyətə salınır, eyni zamanda Rusiya ordusuna məxsus hərbi maşın və tankların Kiyevə daxil olmasının qarşısını almağa cəhd edilir.
Şəhərdə səngərlər qazılır, barrikadalar qurulur.
TAHİR