Kiyev meri şəhər sakinlərinə Rusiya qüvvələrinin şəhərə doğru irəlilədiyi barədə xəbərdarlıq edib və xalqı evdə qalmağa və şəhəri müdafiə etməyə hazırlaşmağa çağırıb.
"Düşmən qüvvələri daha da yaxınlaşır" deyən mer Vitali Kliçko əlavə edib ki, artıq toqquşmalar paytaxtın kənarında gedir.
"Biz Kiyevi hazırlayırıq və müdafiə edəcəyik! Bütün kiyevliləri mətanətlərini itirməməyə çağırıram", - Kliçko bildirib.
TAHİR