Ermənistan parlamenti yeni prezident seçir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Vəzifəyə yeganə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaanq Xaçaturyandır.
Müxalifət isə öz namizədini irəli sürməkdən imtina edərək, seçkilərə etiraz etdiklərini bildiriblər. Qeyd edək ki, Ermənistanın yeni prezidenti, iki mərhələ əsasında seçiləcək. Belə ki, səs azlığı problemi səbəbindən sözügedən məsələni yalnız bir seçim mərhələsi ilə yekunlaşdırmaq mümkün olmayacaq.
Yeni seçiləcək prezidentin inauqurasiya mərasimi, 14-15 mart tarixlərinə planlaşdırılıb.
Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan, 23 yanvar tarixindən istefa verib.