Rusiya Müdafiə Nazirliyi qoşunlarının Ukraynanın cənubundakı Xerson şəhərini ələ keçirdiyini bildirib.
Səhər saatlarında Xerson şəhərinin meri İqor Kolixayev bildirib ki, rus əsgərləri şəhərə daxil olaraq qatar stansiyası və limana nəzarəti ələ keçiriblər.
Əgər şəhərin tutulduğu təsdiqlənərsə, Xerson Ukraynanın indiyə qədər Rusiya qüvvələri tərəfindən ələ keçirilən ən böyük şəhəri olacaq.
Ukraynanın cənubundakı Xerson şəhəri Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımın şimalında yerləşir.
Şəhərin əhalisi təxminən 300 min nəfərdir.
TAHİR