Böyük Britaniyanın baş naziri Boris Conson Polşanın paytaxtı Varşavada həmkarı Mateuş Moravyeçki ilə birgə mətbuat konfransında Ukrayna böhranı ilə bağlı gözləmədiyi sərt suallarla qarşılaşıb.
Xanım jurnalistlərdən biri baş nazir Consonu və Qərbi sərt tənqid edib və Consonu “qorxaq” olmaqda ittiham edib.
Ukraynalıların çarəsiz şəkildə Qərbin onların hava məkanını qorumasını çox istədiyini bildirən jurnalist, "biz uçuşa qadağa zonası istəyirik. Siz bunun Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini deyirsiniz. Bəs alternativ nədir?" deyib.
Polşa və Rumıniyada döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin olmasına toxunan jurnalist deyib ki, heç olmasa bu hava hücumundan müdafiə sistemi Ukraynanın şərqini qoruya bilər, qadınlar və uşaqlar sərhədə gələ bilərlər.
Jurnalist İngiltərə baş naziri Consonu sərt tənqid edərək “Siz Polşaya gəlirsiniz, amma Kiyevə, Lvova getmirsiz, çünki qorxursunuz” deyib.
Göz yaşlarını saxlaya bilməyən jurnalist NATO-nun Üçüncü Dünya Müharibəsindən "qorxduğu" üçün Ukraynanı müdafiə etmək istəmədiyini iddia edib: "Siz daha çox sanksiyalardan danışırsınız, amma Roman Abramoviçə sanksiya tətbiq etmirsiz. O, Londondadır, uşaqları bombardman altında deyil, Londondadır. Putinin uşaqları Hollandiyada, Almaniyadadır”.
Bir gazeteci tarafından İngiltere Başbakanı Boris Johnson'a cesur soru! pic.twitter.com/fueQNcm169 — Politikaloji (@Politikaloji) March 1, 2022
Bir gazeteci tarafından İngiltere Başbakanı Boris Johnson'a cesur soru! pic.twitter.com/fueQNcm169
TAHİR