Rusiya Xarici İşlər Nazirliyinin “Kiyev xalqı rabitə qüllələrindən uzaq dursun” bəyanatından dərhal sonra Rusiya Kiyevdəki televiziya qülləsi vurub.
Baza stansiyaları, televiziya və radio vericiləri, həmçinin internet və texnoloji infrastrukturların yerləşdiyi televiziya qülləsinə edilən hücumdan sonra bölgədəki mülki əhali təşvişə düşərək qaçmağa başlayıb.
Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, ilk təsbitlərə görə hücumda 5 nəfərin həyatını itirdiyi, 5 nəfərin isə ağır yaralandığı bildirilib.
Kiyev meri Kliçko televiziya qülləsinin iki raketlə vurulduğunu açıqlayıb. Kliçko qülləni elektrik enerjisi ilə təmin edən transformator və qüllənin də zərər gördüyün bildirib. Ukrayna Daxili İşlər Nazirliyi isə kanalların bir müddət işləməyəcəyini bildirilib.
TAHİR