Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı 5-ci günündə rus hərbçiləri Zmiinyi kimi tanınan İlan adasını ələ keçirib. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Qeyd edilir ki, Rusiya hərbçilərinin hücumu nəticəsində 82 ukraynalı əsgər əsir götürülüb. " Onlar adaya iki dəfə hücumu dəf ediblər, lakin sursat çatışmazlığı səbəbindən müdafiəni davam etdirə bilməyiblər.”
Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya qoşunlarının hücumu nəticəsində adanın infrastrukturunun tamamilə məhv edildiyini bildirib.