“Washington Post” qəzeti Rusiyanın Ukraynaya müdaxiləsində Belarusun da iştirak edəcəyi iddia edilib. Qəzet adı açıqlanmayan ABŞ rəsmisinə istinad edərək, Belarus ordusunun bu gün Ukraynaya daxil ola biləcəyini bildirib.
“Kyiv Independent” qəzeti də Belarusun Ukraynaya paraşütlə desant endirəcəyini yazıb.
Ukraynanın şimaldakı qonşusu Belarus illərdir Rusiyanın ən yaxın müttəfiqlərindən biridir.
Artıq Belarus ölkə ərazisində nüvə silahının saxlanmasına qoyulan qadağanı da ləğv edib.
Ukrayna prezidenti Zelenski bazar günü Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb və deyib ki, Lukaşenko ona Belarus əsgərlərinin Ukraynaya girməyəcəyini vəd edib.
TAHİR