ABŞ şirkəti “Maxar” Rusiya quru qoşunlarının ağır hərbi texnika ilə Ukraynanın paytaxtı Kiyevə yaxınlaşdığını açıqlayıb.
“Maxar” şirkəti yüzlərlə hərbi maşının olduğu təxminən 5 km uzunluğunda Rusiya hərbi konvoyun görüntülərini yayıb. Konvoyda yanacaq daşıyan maşınlar, tanklar, zirehli döyüş maşınları və artilleriya qurğuları olduğu bildirilir.
Kiyevdən 64 kilometr aralıda qeydə alınan görüntülər İvankov şəhərinin şimal-şərqində çəkilib.
TAHİR