Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Ukraynaya 500 milyon avro dəyərində silah və hərbi texnika yardımı edəcəyini və AB ölkələrinin döyüş təyyarələri göndərəcəklərini açıqlayıb.
Borrell bunların “Avropa sülh fondu” və hökumətlərarası fonddan maliyyələşdiriləcəyini bildirərək, bir çox digər üzv ölkələrin artıq əhəmiyyətli miqdarda hərbi texnika göndərdiyini qeyd edib.
Borrell AB-nin yardım paketində döyüş təyyarələrinin də ola biləcəyini ifadə edərək, AB-nin ordunun ehtiyac duyduğu reaktivlərlə bağlı Ukrayna xarici işlər naziri Dimitro Kuleba ilə görüşdüyünü, onları təmin edə biləcək üzv dövlətlərin olduğunu deyib. O, Ukraynanın qərbinin hələlik açıq olduğunu da sözlərinə əlavə edib.
“Biz bəzi Rusiya banklarını SWIFT-dən çıxarırıq. Rusiya Mərkəzi Bankının aktivlərini iflic edəcək məhdudlaşdırıcı tədbirlər həyata keçirəcəyik. Bu tədbirlə Mərkəzi Bankın ehtiyatlarının yarısı dondurulacaq” – Borrell deyib.
TAHİR