ABŞ və Fransa öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.
ABŞ-ın Moskvadakı səfirliyinin yaydığı bəyanatında deyilir:
“Aviaşirkətlər Rusiyaya giriş və çıxışlarını ləğv edir və bir çox ölkələr öz hava məkanlarını Rusiya aviaşirkətlərinin üzünə bağlayıb. ABŞ vətəndaşları Rusiyanı dərhal tərk etməyi düşünməlidir”.
Həmçinin bir neçə səbəbdən dolayı ABŞ vətəndaşları Rusiyaya səyahət etməməyə çağırılır.
Fransa Xarici İşlər Nazirliyi də Rusiyaya qısamüddətli səfər etmiş Fransa vətəndaşları bu ölkəni dərhal tərk etməyə çağırıb.
Bəyanatda Rusiyanın Ukraynaya hücumları nəticəsində Rusiyaya qarşı tətbiq olunacaq hava yolu məhdudiyyətlərinə də toxunulur.
TAHİR