Avropa Komissiyasının sədri Ursula Von Der Leyen Rusiyayya qarşı qəbul edilən yeni qərarları açıqlayıb.
Aİ hava məkanının Rusiya təyyarələrinə bağlı olacağını və bunun rus oliqarxların şəxsi təyyarələrinə də aid olduğunu deyən Von Der Leyen Belarusa qarşı da yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.
Von Der Leyen Rusiya media qurumlarına qarşı da sanksiya tətbiq edildiyini açıqlayıb: "Rusiyanın Russia Today və Sputnik kanalları da bağlanacaq. Putinin müharibəsini qanuniləşdirmək üçün yalanlarını yaya bilməyəcəklər. Lukaşenko rejimini də hədəfə alacağıq. Yeni sektorlarla bağlı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyik. Rusiya ilə birlikdə istifadə olunan məhsulları da qadağan edəcəyik. Müharibəyə dəstək verən Belarus vətəndaşlarına da sanksiyalar tətbiq edəcəyik. Hava məkanımız Rusiya təyyarələri üçün bağlı olacaq".
Putinin nüvə qüvvələrini hazır vəziyyətinə gətirməsiə toxunan Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell isə deyib ki, Putinin müharibəsi təkcə Ukraynaya qarşı deyil: “Biz Ukrayna ordusuna dəstək verməliyik. Çünki görünməmiş bir dövr yaşayırıq. Bu belə bitməyəcək. Avropa Birliyi tariximizdə ilk dəfə üçüncü ölkəyə silah verəcək”.
Avropa Birliyinin hava məkanı qadağasından sonra Rusiyanın Aeroflot aviaşirkəti Avropa ölkələrinə bütün istiqamətlərdə üçüşları ləğv etdiyini açıqlayıb.
TAHİR