Rusiyanın Ukraynaya təcavüzü dördüncü günündə Avropa Birliyi Rusiyanı beynəlxalq maliyyə sistemindən sıxışdırmaq üçün kritik addım atıb.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəzi Rusiya banklarının SWIFT qlobal banklararası mesajlaşma sistemindən çıxarılacağını açıqlayıb.
Leyen rus oliqarxlarının Aİ bazarlarında maliyyə aktivlərindən istifadəsini qadağan etməyə çalışacaqlarını bəyan edib.
"Bu vəziyyət Rusiyanın iqtisadiyyatına çox ciddi təsir edəcək. Putin Ukraynanı məhv etmək məqsədi ilə hərəkət etdi, eyni zamanda ööz ölkəsinin də gələcəyini məhv edir" - Avropa Komissiyasının sədri deyib.
Onu da qeyd edək ki, bundan əvvəl ABŞ Rusiyanın SWIFT-dən çıxarılması məsələsinin masada olduğunu açıqlamışdı. Ancaq İtaliya və Almaniya Rusiyaya SWIFT sanksiyasının Avropa ölkələrinə də təsir edəcəyini deyərək buna qarşı çıxırdılar. İtaliya sonradan Rusiyanın sistemdən çıxarılmasını dəstəkləyəcəyini açıqlamışdı.
Tahir TAĞIYEV