Rusiyanın Ukraynaya hücumu davam edir, hər iki tərəf də böyük itkilər verir. Rusiyanın dövlət xəbər agentliyi TASS Rusiyanın itkilərini açıqlayıb və darhal da məlumat səhifədən silinib.
Açılamada deyilir: "26 fevral saat 12:00-a olan məlumata görə, Rusiya Federasiyası Silahlı Qüvvələri hələ də nəzərəçarpacaq irəliləyiş əldə etməyib. Onlar Ukrayna xalqının gözlənilmədən güclü müqaviməti ilə üzləşirlər. Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, rus ordusunun itkiləri sürətlə artmaqda davam edir”.
Rusiyanın itkilərinin də açıqlandığı məlumatda bildirilir: “14 təyyarə (13 döyüş təyyarəsi və 1 İL-76), 8 helikopter, 102 tank, 536 zirehli texnika, 15 artilleriya qurğusu, 1 SAM BUK-I, 3500-dən çox əsgər öldürülüb, yaralanıb və əsir götürülüb. Bu itkilər Çeçenistandakı iki müharibədən çoxdur”.
Tahir TAĞIYEV