Rusiya Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etməsindən sonra bütün qoşunlara bütün istiqamətlərdə hücum əmri verildiyini açıqlayıb.
Bundan əvvəl Kremldən verilən açıqlamada, prezident Putinin ötən gün əsgərlərə “dayan” dediyi, lakin Ukrayna tərəfinin danışıqlara girməkdən imtina etməsindən sonra irəliləməyə davam etmələrini əmr etdiyi bildirilib.
Zelenskinin müşaviri isə "Şərtlər qəbuledilməz olduğu üçün danışıqlardan imtina etdik" deyib.