Rusiya ordusunun Ukraynaya hücumları davam edərkən bölgədən çox dəhşətli görüntülər gəlir.
Kiyevin şimalındakı Obolonda Rusiya ordusunun hərbi maşını pusquya salınıb. Sosial mediada yayılan görüntülərdə rus əsgərlərin xilas olduğu bildirilir.
Obolonun başqa bir küçəsində Rusiya və Ukrayna ordusuna aid iki zirehli texnika üz-üzə gəlib. Hərbi zirehli maşınlardan biri atəş açmağa başlayıb, digəri isə sürətlə hadisə yerini tərk edib.