Ukrayna Baş Qərargahı hava-desant qüvvələrini daşıyan Rusiya təyyarəsinin vurulduğunu açıqlayıb.
Bildirilir ki, Ukrayna hava hücumundan müdafiə sistemləri Vasilkov bölgəsində Rusiya hava-desant qoşunlarının desantlarını daşıyan İl-76 model təyyarəsini vurub.
Vasilkov Kiyevdən 35 kilometr aralıda yerləşir.
Ukrayna Hərbi Hava Qüvvələri Donbasda Rusiya helikopterinin və Su-25 qırıcısının vurulduğunu da açıqlayıb.
TAHİR