Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən səsvermədə Ukraynadakı hücumları pisləyən qətnaməyə veto qoyub.
Qətnamə layihəsini 11 ölkə dəstəkləyib, Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb. Rusiya qanun layihəsinə “yox” deyərək veto hüququndan istifadə edib.
ABŞ və Albaniyanın Şuraya təqdim etdiyi qanun layihəsində Rusiyanın Ukraynaya hücumları pislənilib və onun Ukrayna ərazisindən dərhal çıxarılması tələb olunub.
ABŞ-ın BMT-dəki Daimi Nümayəndəsi Linda Tomas Qrinfild Rusiyanın addımına sərt reaksiya verib: "Açıq deyim ki, Rusiya, siz bu qətnaməyə veto qoya bilərsiniz, amma səsimizə veto qoya bilməzsiniz. Siz həqiqəti, bizim prinsiplərimizi deməyə veto edə bilməzsiniz. Ukrayna xalqına veto qoya bilməzsiniz. BMT Konvensiyasına veto qoyma bilməzsiniz".
Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar onun Avropa Şurası Nazirlər Komitəsində və Parlament Assambleyasında təmsilçilik hüququ dayandırılıb.
Avropa Şurasından verilən yazılı açıqlamada Nazirlər Komitəsinin Şuranın nizamnaməsinə uyğun olaraq Rusiyanın Komitədə və Parlament Assambleyasında təmsilçilik hüququnun dayandırılmasına qərar verdildiyi bildirilib.
Bəyanatda qeyd edili ki, Rusiya Avropa Şurasına üzvlüyü və xüsusilə Avropa İnsan Haqları Konvensiyasının üzvü olmaqda davam edir.
Qətnamənin lehinə 44 ölkə, əleyhinə Rusiya və Ermənistan, Türkiyə isə bitərəf qalıb. Azərbaycan səsvermədə iştirak etməyib.
Bu addımın müvəqqəti tədbir olduğu bildirilib.
TAHİR