Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar davam edir. Son məlumatlara görə, paytaxt Kiyev ətrafında qızğın döyüşlər gedir.
Rus qoşunlarının şəhərin 5-10 km-də olduğu bildirilir. Şəhərə ard-arda raket zərbələri endirilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski bu gecə daha çox çətin olacağını deyib. Onun sözlərinə görə, Rusiya Kiyevi ələ keçirək üçün hücumları gücləndirib: "Gecə fırtına olacaq".
ABŞ-dan da rusların bu gecə Kiyevin ələ keçirə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi döyüşlərin ikinci günündə Hostomel hava limanının ələ keçirilməsi zamanı 200-dən çox Ukrayna xüsusi təyinatlısının zərərsizləşdirildiyini açıqlayıb.
TAHİR