Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğalının ikinci günündə keçirilən əməliyyatla bağlı açıqlama verib. Putin Ukrayna ordusu hakimiyyəti ələ almağa, çevriliş etməyə çağırıb.
Şəhərlərdəki olaylarla bağlı Putin iddia edib ki, Ukraynadakı neonasistlər öz raket sistemlərini böyük şəhərlərin mərkəzinə yerləşdirirlər və üsyançılara münasibətdə özlərini terrorçu kimi aparırlar.
Rusiya prezidenti Putin ukraynalı əsgərlərə müraciət edərək deyib: “Mən bir daha Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə səslənirəm. Neonasistlərin və Banderaların uşaqlarınızı, həyat yoldaşlarınızı və böyüklərinizi canlı qalxan kimi istifadə etməsinə icazə verməyin. Gücü əlinizə alın, biz sizinlə daha asan razılaşarıq”.
Putin həmçinin onların mülki şəxslərə hücum etmədiklərini və heç bir Ukrayna vətəndaşına zərər vermədiyini iddia edib.
TAHİR