Ukrayna Müdafiə Nazirliyi Facebook səhifəsində Rusiya işğalına qarşı mülki insanlara çağırış edib.
İnsanları ruslara qarşı müqavimət göstərməyə çağıran mesajda deyilir: “Vətəndaşlarımızı rus qoşunlarının hərəkətləri barədə bizə məlumat verməyə, “Molotov kokteyli” hazırlamağa və düşməni zərərsizləşdirməyə çağırırıq”.