Rusiya Kiyevdə Ukrayna hərbi təyyarəsini vurub. Bunu Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlayıb
Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus AN-26 nəqliyyat təyyarəsi paytaxt Kiyevin Obuxiv rayonunda vurulub. Təyyarədə olan 14 nəfərdən 5-nin öldüyü bildirilir. Ukrayna rəsmiləri də hadisəni təsdiqləyib.
Ukraynanın paytaxtı Kiyev yaxınlığındakı Qostomel aviabazasına Rusiya helikopterləri tərəfindən hücum edilib. Sosial mediada yayımlanan görüntülərdə çoxlu sayda helikopterin bazaya doğru hərəkət etdiyi, partlayış səslərinin eşidildiyi görülür.
Ukrayna bu səhər Moskvanın hərbi əməliyyata başlamasından sonra bəzi hərbi komandanlıq mərkəzlərinin Rusiyanın raket hücumlarına məruz qaldığını açıqlayıb. Kiyevin mərkəzində Ukrayna hərbi kəşfiyyatının qərargahı da rus raketlərinin hədəfi olub.
TAHİR