Rus tankları 1,5 milyon insanın yaşadığı Xarkova şəhərinə daxil olub. Ukrayna hakimiyyəti də Rusiya tanklarının Xarkov şəhərinə daxil olduğunu təsdiqləyib. Ölkənin ikinci böyük şəhəri olan Xarkovda yaşayan tədqiqatçı Mariya Avdiva BBC-yə müsahibə zamanı partlayışları eşitdiyini deyib.
Avdeva qeyd edib ki, onlar vətənlərini müdafiə etmək üçün regional müdafiə birliklərinə qoşulacaqlar və vətənlərini müdafiə etmək üçün döyüşməyə hazırdırlar.
Xarkovun rusdilli şəhər olduğunu və rus əsgərlərinin rusdilliləri öldürməyə gəldiyini deyən Avdeva bunun "inanılmaz" olduğunu bildirib.
TAHİR