Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Türkiyədən kömək istəyib və Çanaqqala boğazını bağlamağa çağırıb.
Ukraynanın Ankaradakı səfirliyinin Twitter hesabından paylaşdığı açıqlamada Bodnar, "Türkiyə rəhbərliyinə səslənirəm, Ukraynaya kömək edin. Çanaqqala boğazının bağlanmasını tələb edirik. Rusiya tərəfinə qarşı sanksiyaların tətbiq olunmasını istəyirik. Biz burada rusların səhmlərinə həbs qoyulmasını tələb edirik..." deyib.
TAHİR