Müasir Səudiyyə Ərəbistanı dövlətinin tarixi indiyədək 1932-ci ilin 23 sentyabrından hesablansa da, şahzadə fərman verərək bu tarixi 1727-ci ilin 22 fevralına çəkib.
Şahzadə hesab edir ki, Səud dövləti bu tarixdən başlayıb. Belə ki, onun fikrincə ,həmin tarixdə indiki dövlətin banisinin oğlu Diyera şəhərində ilk əmirlik qurub, vəhabiliyin yaradıcısı Məhəmməd ibn Əbdülvahabın qızı ilə evlənərək Səud dövlətinin dini-siyasi əsasını yaradıb.
Özləri bilər, əllərində deyil? İstəsələr dövlətçiliyin tarixini lap eradan əvvələ də aparıb çıxararlar. Kim nə deyəcək?..
Namiq Quliyev