ABŞ Rusiya-Ukrayna gərginliyi ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Birbaşa Rusiya iqtisadiyyatını hədəf alan yeni sanksiyaları açıqlayan ABŞ prezidenti Bayden deyib ki, iki maliyyə qurumu - Rusiya Ticarət və İnkişaf Bankı və bir hərbi banka qarşı sanksiyalar tətbiq edilir.
“Rusiyanın dövlət borcu ilə bağlı Qərbdən maliyyələşdirməsini dayandırırıq. Rusiya artıq Qərb bazarında ticarət apara bilməyəcək. Qərbdən borc ala bilməyəcək. Borclarını ödəməli olacaq” Bayden deyib.
ABŞ Rusiyada bəzi elit ailə üzvlərinə qarşı da sanksiyalar tətbiq etməyə hazırlaşır.
ABŞ-dan gələn açıqlamalardan belə qənaətə gələmək olar ki, Bayden administrasiyası prezident Putinə yaxın adamları, xüsusilə iş adamlarını hədəfə alacaq.
Bəzi məlumatlara görə, ABŞ Rusiya elitasının, xüsusilə Putinə yaxın oliqarxların və onların ailə üzvlərinin xaricdəki varlıqlarını dondura bilər. Məlumatlı mənbələr söhbətin təxminən 850 milyard dollardan getdiyini deyirlər. Qeyd edilir ki, ABŞ rus oliqarxların xarici banklarda saxladığı sözügedən 850 milyard dollara əl qoya bilər.
Onu da qeyd edək ki, Rusiya Mərkəzi Bankı Qərbin sanksiyalarına qarşı 650 milyard nağd dollar ehtiyatı yığıb.
Tahir TAĞIYEV