ABŞ Rusiyanın iki böyük maliyyə şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bunu Rusiya-Ukrayna gərginliyi ilə bağlı açıqlamalar verən ABŞ prezidenti Bayden sanksiyaların artacağını deyib.
Birbaşa Rusiya iqtisadiyyatını hədəf alan yeni sanksiyaları açıqlayan Bayden, "Biz bunu tərəfdaşlarımızla müzakirə edərək qərar verdi. İki maliyyə qurumu - Rusiya Ticarət və İnkişaf Bankı və bir hərbi banka qarşı sanksiyalar tətbiq edirik.
Rusiyanın dövlət borcu ilə bağlı Qərbdən maliyyələşdirməsini dayandırırıq. Rusiya artıq Qərb bazarında ticarət apara bilməyəcək. Qərbdən borc ala bilməyəcək. Borclarını ödəməli olacaq” deyib.
Bayden Rusiyada bəzi elit ailə üzvlərinə qarşı da sanksiyalar tətbiq etməyə başlayacaqlarını deyib.
Tahir TAĞIYEV