“Rusiyanın bu qərarını qəbuledilməz sayırıq. Tərəfləri sağlam düşüncə və beynəlxalq hüquqa riayət etməyə çağırırıq”.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Biz eyni zamanda Qara dəniz ölkəsiyik. Qara dəniz ölkəsi olduğumuza görə bir çox tədbirlər paketi hazırlanmalıdır. Qara dəniz ölkəsi olmanın bizə verdiyi məsuliyyəti bir kənara qoya bilmərik. Bu anlayışla yolumuza davam edəcəyik”, - dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.