Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Putinin Donetsk və Luqanskı tanımasına cavab olaraq bildirib ki, Ukraynanın beynəlxalq sərhədləri Rusiyanın bəyanatlarından asılı olmayaraq olduğu kimi qalacaq.
Zelenskin xalqa müraciətində deyib ki, Rusiyanın hərəkətləri Ukraynanın ərazi bütövlüyünün pozulmasıdır. O, bildirib ki, Rusiyanın hərəkətləri Ukraynanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır.
Uzun müddətdir baş verə biləcək hər şeyə hazırlaşdıqlarını deyən Ukrayna prezidenti bildirib ki, Putinin açıqlamaları Rusiyanın Minsk razılaşmasından tamamilə çıxması deməkdir: "Rusiyanın bəyan etməsinə baxmayaraq, Ukraynanın sərhədləri olduğu kimi qalacaq... Rusiyanın bu qərarı dinc səyləri və danışıqları tamamilə məhv etməsi deməkdir...
Biz sülh istəyirik. Biz tərəfdaşlarımızdan da aydın və effektiv dəstək addımlarını gözləyirik...
Sərhədlərimiz yaxşı qorunur, biz öz torpağımızdayıq. Biz heç kimdən, heç nədən qorxmuruq, heç kimə heç nə verməyəcəyik".
TAHİR