Ukrayna Ali Radasının müxalif deputatlarından biri olan Kivanın Rusiyanın Ukraynanı işğal etməyə “hazırlığı” ilə bağlı bəyanatlarına görə ABŞ prezidenti Baydeni məhkəməyə verəcəyini deyib.
“Putinin hücumu və onun Rusiya ilə müharibə ilə bağlı çaxnaşma və təxribat xarakterli çıxışlarının mənə verdiyi psixi və psixoloji sarsıntı ilə bağlı beynəlxalq məhkəmələrdə Baydenə qarşı iddia hazırlayıram”, - Kiva deyib.
Baydenin hərəkətlərinin onda Amerika demokratiyasına və Qərb mediasının müstəqilliyinə "inamı öldürdüyünü" ifadə edən Kiva, Amerika liderinin "proqnozlarının" özünü doğrultmadığını, lakin onların yaratdığı isterikanın Ukrayna xalqına və lkə iqtisadiyyatına böyük zərər verdiyini vurğulayıb.
“Bayden Rusiya işğalı hekayəsi ilə yenidən qorxutmağa və çaxnaşma yaratmağa başladı. Emosional danışaraq, o, Rusiya iqtisadiyyatını parçalamaq və onu xaric etməklə hədələdi. Əslində, Rusiya iqtisadiyyatının hansı vəziyyətə düşdüyünü bilmirəm, amma o, artıq öz isteriyası ilə Ukrayna iqtisadiyyatını çoxdan basdırıb” deputat deyib.
Tahir TAĞIYEV