Quzey Kıprız Türk Cümhuriyyəti ətrafında yeni gərginlik yaranmaqdadır. Yayılan məlumatlara görə, adanın yunan hissəsində hərbi hazırlıqlar başlayıb və hətta keşişlər də avtomat silahlarla hərbi təlim keçirlər.
Quzey Kıprız prezidenti Ərsin Tatar bu məlumatı CNN Türk-ə şərh edərkən ta 1800-cü illərdən başlayaraq Kıprızda kilsənin və keşişlərin fəal olduğunu, ingilis müstəmləkə dövründə, ondan sonra da yunan kilsə keşişlərinin hərbi-siyasi proseslərdə həlledici rol oynadıqlarını deyib və Makariosun bir vaxtlar hətta prezident olduğunu xatırladıb.
Ərsin Tatar bir daha xatırladıb ki, Kıprız məsələsi "iki dövlət" prinsipi ilə həll edilməlidir.
Qeyd edək ki, Yunanıstan və Cənubi Kipr son vaxtlar silahlanmaya xüsusi meyl edir. Yunanlar Egey dənizində Türkiyənin pilotsuz təyyarələrinin xüsusi üstünlük təşkil etdiyini etiraf edirlər. Türk PUA-larına qarşı F-16-lar qaldıran yunanlar deyir ki, bu çox bahalıdır, belə ki, F-16-ların 1 saatlıq uçuşu 25 min dollara başa gəlir. Yunanıstanın milyardlarla dollar sərf edərək İsraildən pilotsuz aparatlar icarə etdiyi də məlumdur.
Ramil QULİYEV