Ukraynadakı vəziyyətlə bağlı həyəcanlı qarşıdurma xəbərləri gəlməkdə davam edir. Ukrayna prezidenti Zelenski, eləcə də Qərb liderləri vəziyyətdən çıxış üçün yollar axtarışındadır.
Bu arada, Tütkiyə də Rusiya-Ukrayna gərginliyini azaltmaq üçün öz üzərinə düşənləri etməyə çalışır. Hətta bu günlərdə prezident Ərdoğan üçlü görüş təklif edib - Zelenski, Ərdoğan və Putin.
Üçtərəfli görüş təklifinə Zelenskidən reaksiya gəlib. Ukrayna prezidenti Ərdoğanın təklifinə uyğun üçtərəfli görüşə hazır olduğunu Münhen Təhlükəsizlik konfransında bəyan edib.
Hələlik üçlü görüş təklifinə Putindən cavab yoxdur.
Ramil QULİYEV