Yelisey sarayı prezident Makronun hazırda Ukraynada daha artıq gərginliyin qarşısını almaq üçün hər şeyə hazır olduğu barədə məlumat yayıb.
Məlumdur ki, bu günlərdə Makron bir neçə dəfə Ukrayna prezidenti ilə telefonda danışıb. Donbasdan rus əhalinin bir qisminin Rostova köçürülməsi gərginliyi daha da artırıb. Makron özü bəyan edib ki, daha artıq gərginliyin qarşısını almaq üçün o, Putinlə yenidən görüşməyə də hazırdır.
Xatırladaq ki, Putinlə Makronun Moskvada axırıncı görüşü Makronun şəxsi avtoriteti üçün o qədər də xoş olmayan elementlərlə yadda qalmışdı. Moskvada çox soyuq və arzuolunmaz şəxs kimi qarşılansa da, Makronun yenidən Moskvaya getmək niyyəti belə izah oluna bilər. Ya Makron həqiqətən Ukraynada müharibənin qarşısını almaq istəyir, ya da belə aldadıcı manevrlə Rusiyanı Ukraynada daha fəal və sürətli hərəkətlərə təşviq etmək niyyətindədir...
Ramil QULİYEV