Rusiya Müdafiə Nazirliyi bu səhər təlimləri başa çatan bəzi qoşunların Ukrayna sərhədindən ayrılaraq öz bazalarına qayıtmağa başladığını açıqlayıb. Ancaq Qərb Ukrayna sərhədində Rusiya qoşunlarının çəkildiyinə dair heç bir hərəkətlilik müşahidə tmədiklərini bildirir.
Britaniyanın “The Sun” qəzeti Amerika kəşfiyyatına istinadən Rusiyanın Ukraynaya hücumunun bu gecə saat 03:00-da başlayacağını yazıb. Xəbərə görə, Putin 10 minə yaxın əsgərini sərhəd xəttindən geri çəksə də, hazırda 200 minə yaxın rus əsgəri hərbi əməliyyat üçün sərhəddə gözləyir.
Rusiya hücumunun raketlərlə başlayacağını qeyd edən “The Sun”, təlim üçün Belarusdakı təxminən 40 min rus rus əsgərinin də Ukraynanın şimalından işğala qatılacağını iddia edib. Xəbəri “Sübh basqını” başlığı ilə paylaşan Britaniya qəzeti Moskvanın işğalçılıq ittihamlarını rədd etdiyini də yazıb.
TAHİR