Türkmənistanda prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu, Nazirlər Şurasının sədr müavini Serdar Berdiməhəmmədov martın 12-də keçiriləcək seçkilərdə prezidentliyə namizədliyi irəli sürülüb.
Bu barədə Hakim Türkmənistan Demokrat Partiyasının növbədənkənar IX qurultayında qərar qəbul edilib.
Qurultay üzvlərinə təşəkkür edən Serdar Berdiməhəmmədov “Əgər prezident seçilsəm, sizi əmin edirəm ki, əcdadlarımızın irsi və prinsiplərinə əsaslanaraq, ölkəmizin insanları üçün çalışacağam. Mənim əsas məqsədim dövlətimizi inkişaf etdirmək, xalqımızın firəvan həyat sürməsidir” deyib.
TAHİR