Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya hücum edəcəyi gün olduğu iddia edilən 16 fevralı “Birlik Günü” adı ilə bayram elan edib. Zelenski sosial şəbəkədə paylaşdığı videomüraciətlə ukraynalılara müraciət edib.
Fevralın 16-nın hücum günü olacağını bildirən Zelenski, "Bunu Birlik Günü edəcəyik. Lazımi qərar imzalanıb. Həmin gün dövlət bayraqlarımızı asacağıq, sarı-mavi lentimizi taxacağıq və birliyimizi bütün dünyaya göstərəcəyik” deyib.
Qeyd edək ki, ABŞ mətbuatında prezident Co Baydenin fevralın 16-da Rusiyanın Ukraynaya hücum edə biləcəyi ilə bağlı Qərb ölkələrinin liderlərinə məlumat verdiyi iddia edilib.
TAHİR