Ukraynanın xarici işlər naziri Kuleba Rusiyaya Ukraynada sərhədində fəaliyyətlərilə bağlı izahat verməsi üçün 48 saat vaxt verdiklərini, əks halda Vyana sənədini dəstəkləyən ölkələr qarşısında fövqəladə iclas tələb edəcəklərini açıqlayıb.
Kuleba, Twitter hesabından yaydığı açıqlamada, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Etimad və Təhlükəsizliyi Artıran Tədbirlər üzrə Vyana sənədinə uyğun olaraq Rusiyadan izahat gözlədiklərini bildirib.
Vyana sənədinə görə, Rusiyanın Ukrayna sərhədlərindəki fəaliyyətləri ilə bağlı ətraflı açıqlama verməsi gərəkdiyini deyən Kuleba, “Rusiyadan Ukrayna sərhədlərinə yaxın bölgələrdə və müvəqqəti olaraq işğal etdikləri Krımdakı hərbi fəaliyyətləri ilə bağlı ətraflı izahat verməsini istədik. Rusiyanın cavab verməsi üçün 48 saat vaxtı var” ifadəsini işlədib.
Kuleba, Rusiyanın göstərilən müddətdə cavab vermədiyi təqdirdə Vyana sənədinin digər iştirakçı dövlətlərinə müraciət edəcəklərini və növbədənkənar iclas tələb edəcəklərini deyib.
Tahir TAĞIYEV