Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna gərginliyi ilə bağlı maraqqlı açıqlamalar verib. O deyib ki, mümkün müharibə ən çox 3-4 gün çəkəcək.
Ukrayna ilə gərginlikdə Rusiyanı dəstəkləyən Lukaşenko mümkün müharibədə heç kimin onlara qarşı dura bilməyəcəyini ifadə edib: “Ukraynanın heç vaxt bizimlə döyüşə bilməyəcəyi çox aydındır. Bu müharibə ən çox üç-dörd gün çəkə bilər. Bizə qarşı heç kim döyüşə bilməz".
Avropanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələri ilə müharibə düşüncəsinin boş fikir olduğunu ifadə edən Lukaşenko, “Bunu görmürlərmi? Bizimlə, xüsusən də Rusiya ilə döyüşməyin əbəs olduğunu başa düşürlər. Söhbət bir növ nüvə və digər silahlardan getmir. Amma bizə toxunmasalar yaxşıdır. Bizə toxunmayın” deyib.
TAHİR