Fevralın 5-də İrəvanda Daşnaksütyun partiyasının yaradılmasının 131 illiyi ilə bağlı geniş tədbir keçirilib.
Son 30 ildə erməni xalqının öz başına misilsiz fəlakətlər gətirmiş siyasətçilərin demək olar ki, hamısı tədbirə qatılıb. İlk prezident Levon Ter-Petrosyan və Paşinyanın elitasından başqa hər kəs orada olub. Köçəryan, Sarkisyan, Qukasyan, Bako Saakyan, işğalçı baş nazir Marukyan “Çiçəklənən Ermənistan”, “Dirçələn Ermənistan” partiyasının sədrləri , Vətən partiyasının DTX-çı sədri Vanesyan, Çarukyan - digərləri orada olublar. Daşnakların rəhbəri, vitse-spiker Saqatelyanın çıxışı öz rüsvayçı məziyyətləri ilə yadda qalıb. Saqatelyan deyib ki, Ermənistan və erməni xalqı dərin iqtisadi, hərbi, siyasi böhran içindədir, 131 illik tariximizdə bundan ağır durum yaşamadıq.
Ramil QULİYEV