Ukrayna kəşfiyyatı Rusiyanın işğal təhlükəsilə əlaqədar məxfi sənədləri Kiyevdən çıxarıb.
“Washington Post” adı açıqlanmayan mənbəyə istinadən iddia edib ki, Ukrayna kəşfiyyatı məxfi dövlət sənədləri və avadanlıqlarını paytaxt Kiyevdən ölkənin qərb hissəsindəki “təhlükəsiz yerlərə” daşıyıb.
“Ukrayna kəşfiyyatı məxfi sənədləri və avadanlıqları paytaxtdakı qərargahından ölkənin qərbindəki daha təhlükəsiz yerlərə köçürüb”, - mənbə bildirib.
Kiyevin gərginliyin daha da artırması vəziyyətinə hazırlaşdığını iddia edən qəzet, digər tərəfdən, Qərb rəsmilərinin Ukrayna prezidenti Vladimir Zelensinin son zamanlar sakit davranışı və onun “Ukrayna-Rusiya sərhədində vəziyyətin daha gərgin olmadığına” dair bəyanatlarından narahat olmağa başladığını” qeyd edib.
Tahir TAĞIYEV