Yanvarın 27- də Qazaxıstanda keçmiş dövlət başçısı Nursultan Nazarbayev son vəzifəsini də itirərək kiməsə lazım olmayacaq personaya çevrildi.
Onun sədri olduğu "Nur Otan" Partiyasının qurultayı keçirilib. Nazarbayev partiyanın sədrliyini də şəxsən Tokayevə təhvil verib. Bir neçə yarı elmi, yarı praktik şeylər danışıb. Xüsusilə özünün yaratdığı "Qazax xalqına" Fonduna vergi ödəməkdən yayınan iş adamlarına müraciət edib və deyib ki, bu sayaq vergi ödənişi qanuni hala salınmalıdır, yəni kimsə ondan qaça bilməsin.
Ekspertlər bunu Nursultanın Tokayevlə razılaşma əsasında iş adamlarının talan edilməsinə yönəlik kampaniyanın başlanğıcı hesab edir.
Tahir TAĞIYEV