“Rusiya Veteranları” Ümumrusiya ictimai hərəkatı Rusiya Erməniləri İttifaqının nasizm və onun əlaltılarını reabilitasiya etmək cəhdilə bağlı yoxlamanın keçirilməsini tələb edir. Bu barədə Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir.
Buna səbəb isə nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njde haqqında filmin Moskvada nümayiş olunacağı barədə Rusiya Erməniləri İttifaqının elanı olub.
Hərəkatın sədri İldar Rezyapov Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə və Rusiyanın baş prokuroru İqor Krasnova bununla bağlı müraciət ünvanlayıb.
Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı Baş prokurora müraciət ediblər
“Report” xəbər verir ki, “Rusiya veteranları” ümumrusiya ictimai hərəkatı nasizmin və onun əlaltılarının reabilitasiyası üçün bu məsələnin araşdırılmasını və buna hüquqi qiymət verilməsi xahişi ilə Rusiya Baş prokuroru İqor Krasnova müraciət edib. Veteranların müraciətlərində qeyd edilir ki, film Böyük Vətən Müharibəsi illərində Hitlerə xidmət edən erməni millətçisinin tərənnümünə həsr olunub.
“Nasist cinayətkarlarına və onların ortaqlarına haqq qazandırmaq üçün edilən istənilən cəhdlər sadəcə tarixin saxtalaşdırılması deyil, eləcə də əxlaqsız xarakter daşıyır”, - veteranlar bildiriblər.